Keyfiyyətə Nəzarət

SPARK MMC keyfiyyətli idarəetmə modelinin parametrlərinə, keyfiyyətə nəzarətə, yüksək xidmətə və tam təminata xususi əhəmiyyət verir. SPARK MMC keyfiyyətli idarəetmə sistemini həyata keçirərək aktiv fəaliyyət təcrübəsinə doğru addımlayır.

  • Sənədləşdirilmiş, keyfiyyətli idarə etmə sistemi : SPARK MMC-nin yerli standartlar prinsipinə uyğun, sənədləşdirilmiş, keyfiyyətli idarəetmə sistemi fəaliyyət göstərir.
  • Diqqətlə seçilmiş xammal: Şübhəsiz ki, keyfiyyətli beton istehsalı xammaldan başlayır. İstifadə olunan xammalın tərkib hissəsinin standartlara və normativlərə uyğun olmasını təmin etmək üçün onların daim sınaqdan keçirilməsi təmin edilir.
  • Beton qarışığının tərkibinin seçilməsi: Beton qarışığının tərkibi, optimal resept təqdim etmək üçün diqqətlə yoxlanılmış və tərtib edilmişdir.
  • Beton laboratoriyaları: Müəssisəmizin əsas məqsədi müştəriyə keyfiyyətli beton çatdırmaqdır. Bizim zavod, betonun texniki tələblərə tam cavab verməsini təmin etmək məqsədilə, xammalın keyfiyyətinə və qarışıq beton tərkibinin məhsuldarlığına nəzarət etmək üçün müasir laboratoriyalarla təchiz olunub.
  • Şirkətdaxili test : Beton istehsalı zamanı, sistemləşdirilmiş beton seçiminə nəzarət proqramı əsasında şirkətdaxili daimi nəzarət mövcuddur.
  • İşə başlamadan öncəki ilkin ikitərəfli görüşlər: Biz bu xidməti istənilən müştəriyə, hər iki tərəf arasında əlaqənin qurulmasına kömək etmək üçün təklif edirik.
  • İstehsal prosesinə nəzarət: Keyfiyyətli idarəetmə sistemləri-mizdən sonra istehsal prosesinə nəzarət işimizin əsas qayəsidir. Bizim zavodda keyfiyyətli beton istehsalına tam nəzarət sistemi mövcuddur. Bu, bəzi problemləri vaxtında aydınlaşdır-mağa, sənədləşdirməyə və düzgün həll etməyə kömək edir. Bu prosedurlar, tərəzi sistemlərinin tənzimlənməsinə, qarışdırıcı avadanlıqlara texniki xidmət göstərilməsinə qədər genişləndirilmişdir.
  • Tədqiqat və inkişaf: SPARK MMC yerli bazarın xammal istehsalı, ətraf mühitin qorunması və istehsalın tətbiqinə uyğun olan ən son beton texnologiyalarını təqdim etmək üçün daim yoxlamalar aparır və təcrübələr keçirir.